!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal inflyasiya 2026-cı ilə qədər “tədricən” azalacaq

!Reklam – Yazi

Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (İfo) və İsveçrə İqtisadi Siyasət İnstitutu (KOF) rüblük “İqtisadçılar Sorğusu”nun dekabr ayı nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, sorğuya əsasən, dünya miqyasında inflyasiya 2023-cü ildə 7,1 faizə, 2024-cü ildə 5,8 faizə 2026-cı ildə 4,5 faizə geriləyəcək.

Bu il üçün inflyasiya gözləntiləri Qərbi Avropa üçün 5,4 faiz, Şimali Amerika üçün 5,2 faiz və Cənub-Şərqi Asiya üçün 5,3 faiz təşkil edib ki, bu da qlobal orta göstəricidən xeyli aşağıdır.

Əksinə, 2023-cü il üçün inflyasiya gözləntiləri Cənubi Asiya üçün 23 faiz, Cənubi Amerika üçün 25 faiz, Şimali Afrika üçün 32 faiz və Şərqi Afrika üçün 35 faiz olmaqla qlobal orta göstəricidən yüksəkdir.

Ifo-nun araşdırmaçısı Niklas Potrafke ilin əvvəlində inflyasiya ilə bağlı gözləntilərin ümidverici olduğuna diqqət çəkib, “çünki ekspertlər inflyasiya nisbətlərinin əvvəlki rüblə müqayisədə bir qədər aşağı olduğunu deyirlər. Bununla belə, inflyasiya çox yüksək səviyyələrdə qalır.

Potrafke, Avropa Mərkəzi Bankının dekabr ayında üç əsas siyasət faizində 50 bəndlik artımın da Avropada inflyasiya gözləntilərinin azalmasına səbəb olduğunu ifadə edib.

2022-ci ilin dekabr ayında sorğuda 133 ölkədən 1537 iqtisadçı iştirak edib.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv