!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal inflyasiyanın yaratdığı risklər: İqtisadi problemlər artır

!Reklam – Yazi

Qlobal maliyyə şərtləri ilə bağlı qeyri-müəyyənliklər staqflyasiya riskini artırır.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, Rusiya-Ukrayna münaqişəsi və koronavirusla bağlı yeni variantlar beynəlxalq tələb şərtlərinə təsirsiz ötüşmür. Xüsusən də Rusiya-Ukrayna münaqişəsi fonunda enerji qiymətlərinin artması ilə bağlı risklər qalmaqdadır. Qlobal inflyasiyanın sürətlə artması isə inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul-kredit siyasətində fərqli addımların atılmasına zəmin yaradır.

İnkişaf etmiş ölkələrin mərkəzi bankları enerji qiymətlərinin artması və tələb-təklif uyğunsuzluğu səbəbindən inflyasiyanın gözləniləndən daha uzun çəkə biləcəyini proqnozlaşdırırlar. Bu fonda mərkəzi bankların yeni dəstəkləyici addımlara üz tutması müşahidə olunur. Qarşıdakı dövrdə inkişaf etmiş iqtisadiyyatlar arasında problemlərin artması ehtimal olunur və bu, əlavə risklər yaradır.

Bununla yanaşı, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu tədarük şoku mövcud tədarük məhdudiyyətlərini daha aydın göstərir və beynəlxalq əmtəə qiymətlərinin məhsullar arasında yüksək və dəyişkən kurs izləməsinə səbəb olur. Ümumilikdə, qiymətləndirmədə pisləşmə hələ də davam edir.

Gülşən Şərif

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv