!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal istiləşmənin səbəb olduğu ölüm sayı – ŞOK RƏQƏMLƏR

!Reklam – Yazi

“2022-ci ilin yayında Avropada rekord temperatur 61 000-dən çox insanın ölümünə səbəb olub”.

Yenciag.az xarici mediaya istinadən xəbər verir ki, qlobal istiləşmənin səbəb olduğu rekord temperaturların yaşandığı 2022-ci ilin yayında Avropada isti havadan 61 mindən çox ölüm qeydə alınıb.

Bir qrup beynəlxalq ictimai səhiyyə ekspertləri Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarından istifadə edərək araşdırma edib. Araşdırmada Eurostat-ın 30 may-4 sentyabr 2022-ci il tarixləri arasında Avropanın 35 ölkəsində qeydə alınan isti hava səbəbindən siyahıya alınan ölümlər araşdırılıb.

Araşdırmada qeyd olunub ki, anomal yüksək temperatur müşahidə edilən Cənubi Avropada isti hava səbəbindən ölüm halları artıb.

2022-ci ilin yayında Avropada orta temperatur əvvəlki 30 ilin statistikasını üstələyib. Təkcə ən yüksək temperaturun yaşandığı 18-24 iyulda 11 min 637 nəfər ölüb.

30 may-4 sentyabr 2022-ci il tarixləri arasında Avropada 61 min 672 nəfər ölüb. Ən çox ölüm İtaliyada, Yunanıstanda, İspaniya və Portuqaliyada qeydə alınıb.

Qlobal istiləşmə ilə əlaqədar dünya miqyasında temperaturun 1,1 dərəcə artdığını vurğulayan mütəxəssislər, bu artımın davam edəcəyindən narahatlıqlarını ifadə edirlər.

Nəsimi Ələsgərli

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv