!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal mənzil böhranı gəlir - "The Economist"dən bədbin PROQNOZ

!Reklam – Yazi

Faiz dərəcələri artdıqca və ev satışları azaldıqca qlobal mənzil böhranı qaçılmazdır.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, bununla bağlı Londonda nəşr olunan həftəlik xəbərlər, beynəlxalq əlaqələr və iqtisadiyyat jurnalı üz qabığı ilə çox danışılan “The Economist” xəbərdarlıq edib. Jurnalın bu həftəki sayında qlobal ev qiymət böhranının gəldiyinə və bu böhranın maliyyə sisteminə mənfi təsirlərinə toxunulub.

“Əgər bu gün sərvətiniz daşınmaz əmlaka əsaslanırsa, əsəbiləşməyin vaxtıdır. İndi doqquz zəngin iqtisadiyyatda ev qiymətləri aşağı düşür. ABŞ-də azalmalar indiyədək kiçik olub, lakin bəzi bazarlarda artıq dramatik nisbətlərə çatıb”, – deyə yazıda qeyd olunub.

Yazıda bazardakı əsas problemin səbəbi kimi faizlər göstərilib.

Belə ki, əvvəlki illərdə daşınmaz əmlakda faiz endirimləri və nağd pul təşviqləri kimi siyasətlər qiymətləri gücləndirsə də, hazırda mərkəzi bankların sərtləşdirmə siyasətləri ilə qiymətlər əks istiqamətdə gedir. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə yol açıb. Məqalədə mənzillə bağlı ən pis maliyyə böhranının Çində yaşanacağı proqnozlaşdırılıb. Çünki bu ölkədə daşınmaz əmlak nəhəngi “Evergrande”nin çökməsi ilə təhvil verilməyən evlər və kredit boykotları kimi bir çox hadisələr yaşanmaqdadır.

“Mənzil bazarları artıq döyüş meydanıdır. Bürokratiya böyük şəhərlərdə yeni evlərin tikintisini çox çətinləşdirir və bu da təchizat problemlərinə səbəb olur. Zəngin dünyada gənclərin bir nəslinin ədalətsiz olaraq ev sahibliyindən kənarda qaldıqlarını hiss edir. Kreditin yüksək qiyməti də yeni alıcıların daha çox yük götürməsinə səbəb olur. Maddi cəhətdən zəif olan ev sahiblərinin tamamilə yeni təbəqəsi narazılar sırasına qoşulmaq üzrədir”, – deyə məqalədə yaşana biləcək problemlərə toxunulub.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv