!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal savaş riskini azaldan AMİLLƏR: “NATO ölkələrinin kollektiv müdafiə öhdəliyinin olması...”

!Reklam – Yazi

“Nə İsrail HƏMAS, nə də Rusiya-Ukrayna müharibəsində tərəflərin özləri söz sahibi deyil”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın da savaş hazırlığını və Üçüncü Dünya müharibə ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, qitədə vəziyyətin son dərəcə gərginləşməsinə və aparıcı dövlətlərin “tətik”də olmasına baxmayaraq, qlobal savaş ehtimalı minimum dərəcədədir:

“Dünyada müəyyən qədər təmin edilən Rusiya-NATO balansı Rusiya-Ukrayna müharibəsi nəticəsində kökündən pozuldu. Bununla da BMT Təhlükəsizlik Şurası kimi vaxtilə effektli olmuş qurum iflic vəziyyətinə düşdü. Rusiyanın Avropaya qaz, neft nəqli ilə əlaqədar kataklizmlər yaşanır.

Qərb ölkələrində çox deyirlər ki, Üçüncü Dünya müharibəsi qaçılmaz olacaq. Ancaq mənim fikrimcə, bu baş verməyəcək. Çünki Rusiya faktik olaraq, NATO ilə açıq döyüşə girməkdə maraqlı deyil. Bunu Rusiya prezidenti Putin də öz çıxışında qeyd etdi.

Ukrayna müharibəsində Rusiyanın hərbi-dəniz donamasının təqribən 25 faizi sıradan çıxarılıb. Bundan əlavə, NATO Nizamnaməsinin 5-ci maddəsində blok üzvlərinin kollektiv müdafiə öhdəliyi öz əksini tapıb. Belə bir şəraitdə Fransa prezidenti Makron bildirir ki, NATO üzvü olan ölkələr Ukraynaya hərbi kontingent göndərməlidir.

Xatırlatmaq lazımdır ki, savaş başlayandan bu yana Fransa Ukraynaya ən az hərbi yardım edən ölkələrdəndir və ümumiyyətlə, onların arasında belə bir müqavilə yoxdur. Digər tərəfdən, nə İsrail HƏMAS, nə də Rusiya-Ukrayna müharibəsində tərəflərin özləri söz sahibi deyil. Ona görə də, böyük müharibənin baş verməsi Makron və onun kimi siyasətçilərin qərarından asılı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv