!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal “yarış”a çevrilən SÜRƏTLƏ SİLAHLANMA: “Avropada silah istehsalının artması…”

!Reklam – Yazi

“Dünya çox arzuedilməz yarışa girib və onun nə vaxt dayanacağını söyləmək çətindir”.

Bu fikirləri dünya miqyasında sürətlənən “silahlanma yarışı”nı, o cümlədən, silah bazarı uğrunda Avropa ilə ABŞ arasında artan rəqabəti dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünyanın əksər ölkələrinin qatıldığı bu silahlanma prosesinin nəticəsi heç də yaxşı olmayacaq:

“Avropa ölkələrində silah istehsalının artması bilavasitə NATO-nun yeni konsepsiyasına uyğun qaydada həyata keçirilir. ABŞ-nin təkidi ilə NATO-da qəbul edilən qərara görə, alyansın üzvü olan ölkələrdə hərbi xərclər Ümumi Daxili Məhsulun 2 faizindən az olmamalıdır.

Buna qədər qeyd olunan hədd 1 – 1,5 faiz səviyyəsində idi. Hərbi istehsala ayrılan vəsaitin məbləği də hər il artmaqdadır. Almaniya artıq hərbi xərclərini Ümumi Daxili Məhsulun 2,5 faizi səviyyəsinə çatdırıb.

Almaniyanın hərbi konsernləri görürlər ki, silah istehsalı həcminin artırılması ilə daha çox gəlir əldə etmək olur. Almaniyanın istehsal etdiyi müasir silahlar və modern texnologiyalar varlı ərəb ölkələrinə ixrac olunur.

Ümumilikdə isə dünya çapında sürətlə silahlanma yenidən vüsət alıb. Bunun bir səbəbi davam edən münaqişələrlə, digər səbəbi isə Avropanın silah istehsalında geridə qalmasına dair iradlarla bağlıdır.

Hazırda Almaniyada hərbi-sənaye kompleksinin gücləndirilməsi istiqamətində ciddi işlər aparılır. Hətta bu sahədə Fransa ilə Almaniya arasında ciddi rəqabət mövcuddur. Görünən odur ki, dünya çox arzuedilməz yarışa girib və onun nə vaxt dayanacağını söyləmək çətindir”.

Səxavət Məmməd

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv