!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qobu Park-3” yaşayış kompleksində KANALİZASİYA KABUSU: Sakinlərin şikayətinə niyə baxılmır? - FOTOLAR

!Reklam – Yazi

“Qobu Park-3” yaşayış kompleksindəki binalardan birində kanalizasiya borusunun sıradan çıxması sakinlərin həyatını cəhənnəmə çevirib.

Yenicag.az xəbər verir ki, “Qobu Park-3” yaşayış kompleksindəki 32 saylı binanın sakinləri dərdlərini deməyə yer tapmırlar.

Həmin binanın sakinlərinin sözlərinə görə, mənzillərdən birində kanalizasiya borusunun partlaması onların bütün rahatlığını pozub.

Elə bir vəziyyət yaranıb ki, binanın zirzəmisi olmadığından, partlayan borudan sızan çirkab sular artıq birinci mərtəbədəki mənzillərə dolur.

Sakinlər bildirirlər ki, bu barədə kompleksdəki binaların idarəçilərinə dəfələrlə məlumat verilsə də, onların şikayətinə baxılmır və problem həll edilmir.

Çirkab suların axını isə artıq binanın özülünə aşındırıcı təsir göstərərək sakinlərin qəza qorxusunu gücləndirir.

Sözügedən binadakı vəziyyəti göstərən fotoları təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv