!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qobu Park”da fokus qruplarla görüş – FOTO

!Reklam – Yazi

18 fevral 2022-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park” yaşayış kompleksində fokus qruplarla görüş keçirilmişdir.

Görüş, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilmişdir. Tədbirdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri, direktorları, valideynlər, yeniyetmə və gənclər olmaqla 15 nəfər (7 nəfər qadın, 8 nəfər kişi) iştirak etmişdir.

Görüşün keçirilməsində əsas məqsəd fokus qrupların layihənin icrasına dəstəyinə nail olmaq, narkotiklərdən istifadənin yayılmasının yollarını müəyyən edib qarşısının alınması üçün təkliflər toplamaq və təkliflər əsasında tədbirlər planı hazırlamaq olmuşdur. Tədbir zamanı layihə barədə ətaflı məlumatlar verilmiş, sağlam həyat tərzi, narkotik vasitələrdən istifadə barədə müzakirələr aparılmış və təkliflər səsləndirilmişdir.

Görüşün nəticəsi olaraq, verilən təkliflər əsasında “Qobu Park” yaşayış kompleksində fəaliyyət göstərən orta məktəblərdə narkomaniyaya qarşı “Sonunu başlatma!” şüarı ilə rəsm müsabiqəsinin keçirilməsi qərara alınmışdır. Müsabiqənin keçirilməsində əsas məqsəd “narkotik vasitələrdən bir dəfə istifadə etmək, faciəli sonun başlanğıcıdır” bilgisinin şagirdlər tərəfindən mənimsənilməsidir.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv