!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qobu park"da mənzil yandırıldı - Sakinlər təxliyə edildi

!Reklam – Yazi

Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Qobu park” yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.

Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.

Qonşular alovun qarşısına almağa çalışsa da, onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.

Alovun qarşısı qısa zamanda alınıb.

Qonşular bildirir ki, Coşqun ruhi əsəb xəstəsidir. O, birgə yaşadığı ailə üzvlərini də döyərək evdən qovub.

Hadisə yerinə polislər gəlib. Ev sahibi Coşqun Mehdiyev bölməyə dəvət edilib.

Hadisə araşdırılır.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv