!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qobustan həbsxanasında dəhşətli hadisə: Ömürlük məhkum kamera yoldaşını…

!Reklam – Yazi

Penitensiar xidmətin Qobustan Həbsxanasında kamera yoldaşını qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenicag.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan iclasda prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il sentyabrın 2-də Qobustan Həbsxanasında baş verib. Zahidikəhriz Abbasov həbsxananın 4-cü korpusunun 410-cu kamerasında onunla bir yerdə qalan Oleq Abişevin ünvansız söyüşlər söyməsinə etiraz edib.

Zahidikəhriz Abbasov etirazlara məhəl qoymayan Oleq Abişevi əvvəlcə yumruq zərbələri ilə vurub. Sonra qaldıraraq yerə çırpıb, ona müxtəlif dərcəli bədən xəsarətləri yetirib.

Yerdən qalxan Oleq stəkan götürərək Zahidikhrizin üstünə hücum çəkib. Zahidikəhriz Oleqin əlindən stəkanı alıb, onun baş nahiyəsinə zərbələr vurub. Kameraya gələn həbsxana nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. Nəzarətçilər gözyaşardıcı qazından istifadə edərək onu Oleqdən ayırıblar.

Oleq müalicə müəssisəsinə yerləşdirilib. Tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Oleq sentyabrın 10-da müalicə müəssisəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Zahidikəhriz Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Zahidikəhriz Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Mən Oleqlə dava etmişəm, onu öldürmək istəməmişəm. Öldürmək niyyətim olsaydı, ona daha ağır zərbələr vurardım. Qəsdən adam öldürmə ittihamı düzgün deyil. Qəsdən adam öldürmə ittihamı o zaman veririlir ki, şəxs hadisə yerində ölür. Amma biz dava etmişik. Xəsarət alan Oleq xəstəxanaya yerləşdirilib, bir neçə gün sonra vəfat edib. Mən ancaq özümü dava etməkdə təqsirli bilirəm”.

Zahidikəhrizi Abbasov deyib ki, hadisə söyüş üstündə yaranıb: “Biz kamerada üç nəfər qalırdıq. Mən siqaret çəkən deyiləm. Oleq və digər məhkum Səmədağa Hənifəyev siqaret çəkəndilər. Həbsxana rəhbərliyi həmişə Oleqə hörmət edir, ona 1 qutu siqaret verirdilər. Normalda hər gün məhkuma 10 ədəd siqaret verilir. Amma Oleqə həmişə hörmət olunurdu.

Dava günü Oleqə siqaret verdilər, yandırmaq üçün kibrit olmadı. Səmədağa ona kibrit verdi. Sonra dedi ki, yatmağa gedir, oyananda yenə də siqaretini yandırmaq üçün ona kibrit verəcək. Yarım saat sonra Oleq siqaret çəkmək istədi, amma yandıran tapmadı. Buna görə ad çəkmədən ünvansız söyüşlər işlətdi. Mən buna etiraz etdim, söyüşləri kimə ünvanlaması ilə bağlı ad çəkməsini istədim. Oleq yenə də ad çəkmədən söyüşə davam etdi”.

Təqsirləndirilən şəxs deyib ki, Oleqin söyüş söyməsi ilə bağlı həbsxana nəzarətçilərini çağırıb:

“Bilmək istədim ki, Oleqə niyə kibrit verməyiblər. O da belə əsəbləşib söyüş söyür. Əgər vaxtında ona kibrit vermiş olsaydılar, Oleq də söyüş söyməzdi. Nəzarətçiləır gedəndən sonra Oleq yenə söyüş söydü. Məni “paqon”a işləməkdə ittiham etdi. Ona dedim ki, satqın deyiləm, heç kimə işləmirəm. Nəzarətçilərin də dövlət işçiləri olduğunu dedim.

Bu zaman Oleq dövləti də söydü, məni də. Mənim yanımda heç kim dövləti söyə bilməz. Bu dövlətə canım qurban olsun dedim. Bu vaxt Oleq məni də söyməyə başladı. Anamı söydü. Anam da həmin vaxt təzə rəhmətə getmişdi. Bu mənə pis təsir etdi.

Oleqi yumruqla vurdum. Yaxamdan yapışdı, alnı burnuma qədər dəydi. Məni kəllə ilə vurmaq, burnumu sındırmaq məqsədi olduğunu başa düşdüm. Məcbur qalıb başımı əydim ki, burnumu sındırmasın. Onu fırladıb yerə çırpdım. Məqsədim özümü müdafiə etmək idi. Yerə çırpanda Oleqin başı betona dəydi və qan axdı. Ona dedim ki, başını yu. Amma o, kamerada qoyulan yumşaq stəkanı götürək üstümə gəldi. Mən də stəkanı ondan aldım və başının alın nahiyyəsinə bir, arxa nahiyyəsinə iki zərbə vurdum.

Bu zaman qapı açıldı və nəzarətçilər içəri keçdilər. Məndən əlimdəki sətkanı yerə atmağı tələb etdilər. Sonra mənə qandal vurdular və növbətçinin otağına gətirdilər. Oleqi isə həkim məntəqəsinə apardılar”.

Zahidikəhrizi Abbasovun sözlərinə görə, nəzarətçilər daha sonra həbsxana rəisinin müavininə zəng ediblər və hadisə barədə məlumat veriblər: “Məni də, Oleqi də rəis müavininin yanına apardılar. Oleq məndən 150-200 metr qabaqda gedirdi. O, özü sərbəst hərəkət edirdi, sağ-salamat idi. 7 gündən sonra xəstəxanada vəfat etdi. Qəsdən adam öldürmək buna uyğun gəlmir”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, 1994-cü ildə Rusiyada qətl törətdiyi üçün ömürlük cəza alıb. Bir müddət Rusiyada cəza çəkən məhkum sonradan Azərbaycana gətirilib: “2014-cü ildən Qobustan həbsxanasında cəza çəkirəm. Mərhum Oleq ilə 4 ildir ki, eyni kamerada saxlanılır. Mən Oleqə həm ana, həm də dədə olmuşam. Əvvəllər də Oleqlə mübahisələrimiz olub. Onun söyşlərinin üstündən keçmişəm. Amma anam rəhmətə getdiyi ərəfədə söyüş söydüyü üçün bundan keçə bilmədim”.

Təqsirləndirilən şəxs deyib ki, cəza çəkdiyi müddətdə bir dəfə nizam-intizam qaydalarını pozduğu üçün “kars”a salınıb, bir dəfə də töhmət alıb. O, xüsusi təyinatlı qüvvələrdə xidmətdə etdiyini, 6 il Qarabağda döyüşdüyünü bildirib: “O vaxt mən əsgər idim. Bu gün də özümü əsgər kimi hiss edirəm”.

Prokurorun sullarına cavab verən təqsirləndirilən şəxs deyib ki, mərhum Oleqin 60-dan yuxarı yaşı varmış, fiziki cəhətdən ondan güclüymüş.

Prokurorun “siz idmanla məşğul olurduz, həm də siqaret çəkmirdiz, mərhum həm siqaret çəkirdi, həm də yaşca sizdən böyük idi. Necə ola bilər ki, o, sizdən fiziki cəhətdən güclü olsun” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Oleq də idmanla məşğul olurdu. Həm də futbolçu olmuşdu. Fiziki cəhətdən məndən güclüydül. Mən idman etsəm də, yarımcanam. Çünki Rusiyada həbsxanada cəza çəkərkən ermənilər məni öldürmək istəyiblər. Bu səbəbdən xəstəxanada müalicə almışam, ağ ciyərimin yarısını kəsiblər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Oleq izahat verən zaman huşunu itirib və yerə yıxılıb: “Ola bilsin ki, həmin zaman xəsarət alıb. Onun bədənində aşkarlanan bütün xəsarətləri mən yetirməmişəm”.

Daha sonra hakim təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində Oleqlə kamerada olan mübahisəsindən, daha sonra ona xəsarət yetirməsindən, həmçinin stəkanla başına 4-5 zərbə vurmasından danışıb.

Zahidikəhriz Abbasov deyib ki, hadisədən sonra onu cərimə kamerasına salıblar. Təqsirləndirilən şəxs istintaqa verdiyi həmin ifadəsini təsdiqləyib.

Hadisənin şahidi olmuş ömürlük məhkum Səmədağa Hənifəyev 1958-ci ildə Hacıqabul rayonunda anadan olub, 1992-ci ildən ömürlük cəza çəkir. Onun sözlərinə görə, Zahidikəhrizi “Zaxa” kimi çağırıblar.

Səmədağa Hənifəyev qeyd edib ki, hadisə zamanı yatıb. Bərk yatdığını söyləyən məhkum nəzarətçilər içəri daxil olandan sonra oyandığını deyib.

Səmədağa Hənifəyev deyib ki, rus dilli olan Oleq tez-tez söyüş işlədirmiş. Amma mehriban olduqlarını deyən məhkum 30 ildir cəza çəkdiyi dövrdə kamerada ilk dəfə idi belə hadisə ilə rastlaşdığını bildirib.

Proses davam edəcək.

//teleqraf.com

 

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv