!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qoç Ət" restoranında təəccübləndirən QİYMƏT: "1 litr nar şirəsini 64 manata satmaq ədalətsizlikdir"

!Reklam – Yazi

“Qoç Ət” restoranının müştəriləri aldatdığı iddia olunur.

Yenicag.az xəbər verir ki, Bilal Həsən adlı istifadəçi “Qoç Ət” restoranında üzləşdiyi fırıldaqla bağlı öz fikirlərini sosial şəbəkədə paylaşıb.

O qeyd edib ki, sözügedən restorana məxsus menyuda nar şirəsinin qiyməti açıq şəkildə qeyd edilmədiyi üçün müştərilər qiymətin 2-3 qat baha olduğundan xəbərsiz olurlar və son nəticədə hesab gələrkən gözlənilməz halla üzləşirlər:

“İki gün öncə “Qoç Ət” restoran şəbəkəsinin Nərimanov filialına getdik. Xudmani çörək yeyib, söhbət edib dərdləşmək üçün… Ölkədə bu tip restoranlarda hər şeyin qiyməti beş aşağı-beş yuxarı eyni olduğu üçün həmişə sifariş etdiyimi söylədim. Əslində, hesab normal idi, gözlədiyim kimi, bir tək nar şirəsindən başqa. İki həftə Azərbaycanın səfalı yerlərini gəzdim. Qəbələ, Quba, Şamaxı, Qalaaltı, üzü Qusara qədər “N” sayda restoranda oturdum və hər yerdə nar şirəsi 10-20 manatla kifayətlənirdi. Məlumat üçün deyim ki, Bakının ən bahalı “Keşlə” bazarında narın 3 litri 12 manata satılır. Narın kilosu da 3-5 manatdır. Amma, sən demə, “Qoç Ət” restoranında nar şirəsinin stəkanı 8 manatdır və bizə düz 8 stəkan gətiriblər. Hərçənd ki, biz, iki adam cəmi 4 stəkan içdik…

Nə isə, ucundan tutub ucuzluğa getməyək. Yəqin, “Qoç Ət” restoranında narı xüsusi üsulla sıxırlar.

Menyuda nar şirəsinin qiyməti yazılmayıb. Qrafin və stəkan şəkli verilib, 8 manat yazılıb. Standart, iki həftə hər yerdə oturub içdiyim içki olduğu üçün təfərrüata girmədən, mexaniki sifariş etdim. Ofisiant qiyməti bilirdi və söyləmədi. Halallıq namaz qılmaq, qoyunu qibləyə tutub kəsmək deyil. Halallıq həm də ədalətli və dürüst olmaqdır. Hər şeyin öz qiyməti var. 1 litr nar şirəsini 64 manata satmaq ədalətsizlik və absurddur”.

Gülşən Şərif

www.yenicag.az

886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv