!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qoca Səmədov vəfat etdi

!Reklam – Yazi

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov ötən gün yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv