Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qolumun dondurulması məsləhət görülsə də..." - Qazi Ruslan Əliyevdən qürurverici AÇIQLAMA / VİDEO

“Bir çox həkim tərəfindən qolumun dondurulması məsləhət görülsə də, türk həkim əməliyyatla dirsəyimi yenidən bərpa etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında 44 günlük Vətən Müharibəsində öz igidliyi ilə seçilən və Türkiyədə beşinci əməliyyatını keçirən qazi Ruslan Əliyev deyib.

2016-cı il Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan qazi Ruslan Əliyev Daşaltı əməliyyatında iştirak edib. Döyüşlər zamanı ağır yaralanan və müharibə bitdikdən sonra müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilərdən biri də Ruslan Əliyevdir. Türk həkim professor Kahraman Öztürk tərəfindən əməliyyat olunan qazimiz Ruslan Əliyevin səhhəti getdikcə qaydasına düşür:

“Döyüşlər zamanı ağır yaralandığım üçün dirsəyim 6 yerə bölünmüşdü. Eyni zamanda bağırsaqlarım çöldə idi. Mart ayında əməliyyat olundum və bağırsağım içəri salındı. Əməliyyatım Bakıda Ege Hospitalın Ümumi Cərrahı Uzm.Dr. Edqard Nurməmmədov tərəfindən olub.

Ötən ayın 26-da isə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilmişəm. Burada bir sıra həkimlərin müayinəsində oldum. Dedilər ki, çətin əməliyyatdır və qol dondurulmalıdır. Heç bir həkim əməliyyata boyun olmadı. Sonda Prof. Dr. Kahraman Öztürk tərəfindən əməliyyat olundum. Bu, beşinci əməliyyatımdır. Dirsəyimə mil qoyaraq yenidən yığıblar. 11 saat davam edən əməliyyat nəticəsində qopan üç sinir sistem bərpa olunub. Bundan sonra 2-3 ay gözləyəcəyik. Əgər dirsək birləşsə və qanama baş verərsə, qolumu 40-60 dərəcə hərəkət etdirə biləcəyəm. Əks halda yenidən əməliyyat olunacağam. Hazırda özümü yaxşı hiss edirəm. Qolumu nisbətən hərəkət etdirə bilirəm. Əməliyyatım uğurlu keçib. Bir neçə gündən sonra Bakıya qayıdacağam və üç aydan sonra müayinə üçün yenidən Türkiyəyə gələcəyəm. “YAŞAT” Fondu və xalqımıza göstərdikləri diqqət və hörmətə görə minnətdaram”.

Türkiyədə olduğu müddət ərzində bütün xərclərinin “YAŞAT” Fondu tərəfindən qarşılandığını bildirən qazi Ruslan Əliyev bildirib ki, onu müayinə və müalicə edən həkimlər də Fond tərəfindən təmin olunub.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Gülşən Şərif

www.yenicag.az

601
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100