!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qondarma qurumun LƏĞVİ: “Əgər separatçılar bu müddət ərzində...” - POLİTOLOQ

!Reklam – Yazi

“Əgər separatçılar hər hansı formada xahiş etdikləri bir həftə ərzində sözlərini yerinə yetirməsələr, Azərbaycanın müəyyən tədbirlər həyata keçirəcəyi istisna edilmir”.

Bunu separatçıların istədiyi bir həftə möhlətə Azərbaycanın verəcəyi reaksiyadan danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, separatçılar əgər silah-sursatı təhvil vermək, əraziləri tərk etmək üçün bir həftə vaxt istəyibsə, Azərbaycan sülhün olması naminə onları bu müddət ərzində gözləyə bilər:

“Ancaq vaxt verilsə belə, təbii ki, qondarma qurumun nümayəndələrinin atdığı hər addım nəzarətimizdə olacaq. Separatçılara inanmaqda ölkə olaraq çətinlik çəkirik. Çünki əvvəlki dövrlərdə də onların mütəmadi şəkildə Azərbaycanın humanistliyindən istifadə edərək təxribatçı fəaliyyətlərini müşahidə etmişik. Bu səbəbdən də Azərbaycanın onlara vaxt verilməsi məsələsində diqqəti daha da artıracağı gözləniləndir. Əgər separatçılar hər hansı formada xahiş etdikləri bir həftə ərzində sözlərini yerinə yetirməsələr, Azərbaycanın müəyyən tədbirlər həyata keçirəcəyi istisna edilmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv