!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qondarma qurumun ləğvi ilə barışmayan "REVANŞİSTLƏR": "Azərbaycan hüquq mühafizə orqanları artıq..."

!Reklam – Yazi

“Qurum özü-özünü ləğv edib, ermənilər də qaçıb gedir. Belə olan halda hansı mübarizədən söhbət gedə bilər”.

Bu fikri Ermənistanın hazırda müxalifətdə olan keçmiş rəhbərliyinin qondarma rejimin özünü buraxmasını qəbul etmədiyini, mübarizə aparacaqlarını bəyan etməsini və Azərbaycan tərəfinin atacağı addımları dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Ruben Vardanyanın saxlanılması ilk işimizdir, həbslər davam edəcək:

“10 noyabr Üçtərəfli bəyanatdan sonra rəsmi Bakı dəfələrlə Ermənistana bəyan etdi ki, İrəvan öhdəlikləri yerinə yetirsin. İrəvan sülh müqaviləsi imzalasaydı, sərhədlərin delimitasiyasını həyata keçirsəydi, hərbi yola ehtiyac qalmayacaqdı.

Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Qarabağ müharibələri zamanı bəşəri cinayətlər işləmiş ermənilər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bunlardan sonuncu magikan olan Ruben Vardanyan artıq Azərbaycan tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Hesab edirəm ki, digərləri də cinayət məsuliyyətinə cəlb olunacaq.

O ki qaldı qondarma rejimin özünü buraxması ilə barışmayan ermənilərə, onlar heç bir addım ata bilməyəcəklər. Azərbaycan sərhədlərini tam bərpa edib. Qarabağda yaşayan ermənilər heç bir zor tətbiq edilmədən çıxıb gedirlər. Qurum özü-özünü buraxıb, ermənilər də qaçıb gedir. Belə olan halda hansı mübarizədən söhbət gedə bilər? Azərbaycan hüquq mühafizə orqanları artıq ərazilərə yerləşməyə başlayıb. Bu o deməkdir ki, artıq separatizmin kökü birdəfəlik kəsiləcək”.

Səxavət Məmməd

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv