!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu İran ilə SOYUYAN MÜNASİBƏT: "Azərbaycan güzgü effekti ilə cavab verəcək"

!Reklam – Yazi

“Yaxşı olardı ki, İran Cənubi Qafqazdakı siyasəti ilə bağlı baxış bucağını yenidən gözdən keçirsin”.

Bu sözləri son günlər İran-Azərbaycan münasibətlərində müşahidə olunan soyuqluğu analiz edən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan hər zaman İranı özünə dost bilib və kömək əlini uzadıb. Lakin görünən odur ki, İran heç bir məsələdə Azərbaycana qarşı səmimi davranış nümayiş etdirmir:

“Müəyyən müddətdir ki, Azərbaycan və İran bir sıra məsələlərdə heç də yaxşı anlar yaşamadılar. Azərbaycanın Cənubi Qafqazda qalibiyyəti ilə bağlı Tehran özünün geosiyasi maraqlarının itiriləcəyini hesab edir. İnkar etmək olmaz ki, İranda yaşayan milyonlarla azərbaycanlılar var və bu faktor Tehranda qısqanclıq yaradan amillərdən biridir. Hər halda ölkə başçısı İlham Əliyev dəfələrlə İranın nə üçün Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa yük aparmasının səbəbini soruşub. Nəhayət, bu məsələ ictimailəşdi. Tehran heç nədən vəziyyəti böyütdü. Seperatçılarla əməkdaşlıq İran üçün bu qədərmi əhəmiyyət daşıyır?! Baxmayaraq ki, İran rəsmiləri onlarla dövlət əlaqəsinin olmadığını vurğulayır. Heç kim düşünməsin ki, Azərbaycan sadəlövhdür. İran bilməlidir ki, bundan sonra apardığı siyasət Azərbaycan tərəfindən güzgü effekti ilə aparılacaq”.

Gülşən Şərif

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv