!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ölkədə koronovirus həyəcanı - 4 nəfər Çinə göndərildi

!Reklam – Yazi

Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Almatı Beynəlxalq Hava Limanında çinli turistləri daşıyan təyyarədə axtarış aparılan zaman dörd nəfərdə ölümcül virus aşkar edilib.

Həmin vətəndaşlar yenidən Çinə göndəriliblər.

Səlahiyyətli şəxslər bununla bağlı verdikləri açıqlamada terminal kameralar vasitəsilə xəstələrin yüksək hərarətinin olmasını və bu səbəbdən xəstəliyi müəyyən edə bildiklərini deyiblər.

Qazaxıstanla birlikdə virusun yoluxduğu ölkələrin sayı 15-ə çatıb. İndiyənədək 81 nəfərin bu virus nəticəsində həyatların itirdikləri bildirilib.

Xatırladaq ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərdə görülüb.

Qeyd edək ki, çinli epidemioloqlar koronovirusun mənbəyinin Uxan şəhərində bazarda satılan çiy ətlər olduğunu aşkarlayıblar.

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv