!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ölkənin əhali sayı açıqlandı

!Reklam – Yazi

2023-cü il 1 yanvar tarixində Gürcüstan əhalisinin sayı 3 736 400 nəfər təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd edilib. Bildirilib ki, bu il əhalinin sayı illik müqayisədə 1,3% artıb.

Statistikaya əsasən bu ilin 1 yanvarında Gürcüstan əhalisinin 60,4%-i şəhərlərdə, ümumi əhalinin üçdə biri isə paytaxt Tbilisidə yaşayır.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda yaşayan əhalinin sayının isə 442,8 min nəfər olduğu qeyd edilib. Bildirilib ki, bunun 197,5 min nəfəri şəhərlərdə, 245 min nəfəri isə kəndlərdə məskunlaşıb.

//apa

 

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv