Qonşu ölkənin ən çox səfər etdiyi ikinci ölkə Azərbaycandır

Bu ilin III rübündə Gürcüstandan Azərbaycana edilən səfərlərin sayı 122,2 min təşkil edib.

Yenicag.az məlumat verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul-sentyabr aylarında Azərbaycana edilən səfərlər Gürcüstan vətəndaşlarının xarici səfərlərinin 16,8%-nə bərabər olub.

Azərbaycan qonşu ölkə vətəndaşlarının ən çox üz tutduğu ikinci ölkə olub. Birinci yerdə Türkiyə (350,5 min səfər), üçüncü yerdə isə Ermənistan (səfərlərin 10,6%-i) qərarlaşıb.

Hesabat dövründə Gürcüstan vətəndaşlarının xarici ölkələrə səfərlərinin ümumi sayı 1 milyona bərabər olub. Səfərlərin 43,4%-i 31-50 yaş qrupuna daxil olan şəxslərin payına düşüb. Turist səfərlərinin 95%-i təkrar səfər olub.

Səfərlərin 34,9%-i dost və ya qohumları ziyarət, 29,6%-i alış-veriş, 18%-i biznes, 12,8%-i istirahət, 2,9%-i müalicə, 1,8%-i isə digər məqsədlərlə həyata keçirilib. Ölkə xaricində orta gecələmə müddəti 4,5 gün təşkil edib. Xarici ölkələrə gedən Gürcüstan vətəndaşlarının 45,1%-i səfərdən çox məmnun qalıb.

COP29