!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ölkəyə ayaq açan TERROR: “Bu, Azərbaycan üçün ikiqat təhlükədir” – Ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“İstənilən terrorçu dəstənin qonşu ölkə ərazisində fəaliyyət göstərməsi Azərbaycan üçün təhdiddir”.

Bu sözləri İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktının Azərbaycan üçün mümkün təhlükə hesab edilib-edilməməsini şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

O, istənilən terrorçu dəstənin qonşu ölkə ərazisində fəaliyyət göstərməsinin Azərbaycan üçün ikiqat təhlükə hesab etdiyini bildirib:

“Əslində İran özü terrorçuluğu dəstəkləyən və maliyyələşdirən bir ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən terrorçu hakimiyyətə malik dövlətlə qonşudur. İran hakimiyyətinin Azərbaycanın Tehrandakı səfirliyinə olan terror hücumunun qarşısını ala bilməməsi ilə biz bunun bir daha şahidi olduq.

İŞİD, ƏL-Qaidə və yaxud da digər terror qruplarının İranda fəaliyyət göstərib-göstərməməsi Azərbaycan üçün o qədər də fərq etməz. Çünki bizim qonşuluğumuzda İran kimi terrorçu hakimiyyətə malik bir ölkə var.
Təbii ki, istənilən terrorçu dəstənin qonşu ölkə ərazisində fəaliyyət göstərməsi Azərbaycan üçün də təhdiddir. Bu halda həm terrorçuluğu dəstəkləyən Tehran hakimiyyəti, həm də İŞİD kimi terrorçu qruplaşmanın İran ərazisində fəaliyyət göstərməsi həm dünya Azərbaycan türkləri, həm də Azərbaycan Respublikası üçün ikiqat təhlükəlidir.

Bütün hallarda istənilən terror hadisələrinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır. Çünki terrorun nə vətəni, nə də milləti olur”.

Sadiq Cavadov

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv