!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu qadını güdüb, qardaşını bıçaqlayan ahıl kişi ilə bağlı QƏRAR

!Reklam – Yazi

Şəki Apellyasiya Məhkəməsində Zaqatalada həmkəndlilərini bıçaqlamaqda təqsirləndirilən Camələddin Murtuzəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilərək cinayət işi üzrə icraata xitam verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Murtuzəliyev 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 23 iyun 2022-ci il tarixdə Zaqatala rayonunun Mosul kəndində baş verib.

Belə ki, kənd sakini, 1949-cu il təvəllüdlü Murtuzəliyev Camələddin Murtuzəli oğlu həmkəndlisi, 1970-ci il təvəllüdlü Ramiz Rəsulov və onun oğlu Oruc Rəsulova bıçaqla ağır xəsarət yetirib.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisəni törətməkdə şübhəli bilinən C.Murtuzəliyev polis tərəfindən saxlanılıb.

İttihama görə, Ramiz Rəsulovun bacısı Səma (şərti) Camələddin Murtuzəliyevin qonşusudur. Camələddin Murtuzəliyev Səmanı dörd ilə yaxın gecələr yaşadığı evə fənərlə işıq salmaqla, ev telefonuna zəng vurmaqla və buna oxşar digər hərəkətlər etməklə onu narahat edirmiş. Qadının oğlu təxminən 1 il 6 ay qabaq əsgərliyə getdikdən sonra təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə, hətta evinə daxil olaraq mənzilin pəncərəsindən onu və qızını güdürmüş. Səma hər dəfə Cəmaləddini gördükdə qışqır-bağır salıb ahıl kişini qovurmuş. Bununla bağlı bir neçə dəfə polisə şikayət də edib və Cəmaləddinin barəsində məhkəmə qərarı ilə cərimə tətbiq olunub.

Hadisə günü Camələddin Murtuzəliyev yenidən qadının evinə gəlib onu güdürmüş. Bu zaman Səma qışqırıb. Hadisə yerinə Ramiz, onun oğlu Oruc və digərləri gəliblər. Mübahisə zamanı Camələddin Ramiz və Oruca bıçaqla xəsarət yetirib.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv