!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qorxmayın, biz erməni deyilik” - QHT sədri “sülhməramlı”lara su payladı - VİDEO

!Reklam – Yazi

Bu gün Şuşa ərazisində Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Yenicag.az xəbər verir ki, etiraz aksiyasında maraqlı anlar da yaşanıb. Belə ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili Rusiya sülhməramlılarına su təklif edib. Sülhməramlılar isə su təklifini qəbul etməyiblər və qarşılığında təşəkkür ediblər.

T. Allahverdili isə cavab olaraq, “Qorxmayın. Biz azərbaycanlıyıq, erməni deyilik” – deyə cavab verib.

QHT nümayəndələrinin iddialarına görə, rus sülhməramlılar Azərbaycan dilini başa düşürlər və hətta T. Allahverdilinin su təklifinə “sağ ol” deyiblər.

www.yenicag.az

3739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv