!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qorxuducu OLAY: Təyyarədəki sərnişinlərə qəza şəkli göndərildi - Uçuş ləğv edildi

!Reklam – Yazi

Uçuşa hazırlanan təyyarədəki sərnişinlərə gələn mesaj hər kəsi qorxudub.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, İsrailin Tel-Əviv şəhərindən Türkiyənin İstanbul şəhərinə uçan təyyarənin sərnişinlərinin mobil telefonlarına qəza şəkli göndərilib.

Hava limanından hərəkət etməyə başlayan təyyarədəki sərnişinlərə gələn mesaj hər kəsi qorxuya salıb. Sərnişinlər mesaj barədə heyətə məlumat verib. Pilot qüllə ilə əlaqə saxlayaraq onlara hadisə barədə məlumat verdikdən sonra uçuş təxirə salınıb.

Təhlükəsizlik əməkdaşları təyyarədə axtarış aparsalar da, heç bir qeyri-adi halla qarşılaşmayıblar.

Axtarışlardan sonra göyərtəsində 154 nəfər olan təyyarə havalanıb.

www.yenicag.az

1106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv