Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qorxurlar ki, birdən nəsə deyərlər, kiminsə xoşuna gəlməz” - Keçmiş deputatdan İRAD

Reklam: High Technic

“Məsuliyyətli olmağa, məsuliyyəti üzərinə götürməyə və fikirləri sərbəst söyləməyə ehtiyac var”.

Bu fikirləri iqtidaryönlü düşərgəyə mənsub siyasətçi və deputatların hakimiyyətin siyasətini cəmiyyətə çatdırmaqda çox passiv davranmalarına dair fikirlərə münasibət bildirən sabiq deputat, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin sözlərinə görə, nəzərdə tutulan deputatların və siyasətçilərin bu davranışı onların “ehtiyatlılığı” ilə bağlıdır:

“Bu ondan irəli gəlir ki, bizdə bir çoxlarının deməyə sözü yoxdur. Qorxurlar ki, birdən nəsə deyərlər, kiminsə xoşuna gəlməz. Ona görə də yaxalarını kənara çəkirlər.

Mənə gəldikdə, daim müsahibələr verirəm, materiallarım, açıqlamalarım rəsmi informasiya vasitələrində dərc olunur. Açıqlama verərkən də fikirləşmirəm ki, kimdənsə, nədənsə qorxmaq lazımdır. Sadəcə məsuliyyətli olmağa, məsuliyyəti üzərinə götürməyə və fikirləri sərbəst söyləməyə ehtiyac var.

YAP-çı deputatlardan kimsə mətbuata danışmaqdan yayınırsa, bu onu göstərir ki, həmin şəxslərin məsuliyyəti və səviyyəsi elə o qədərdir”.

A.Zeynalov

www.yenicag.az

433
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100