!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında oldu

!Reklam – Yazi

Avqustun 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahını ziyarət edib.

QHGT-dən Yenicag.az-a bildirilib ki, V.Andreyeva Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahı və qərargah daxilində təsis olunan tədqiqat mərkəzinin şəraiti ilə tanış olub.Daha sonra V.Andreyeva ilə Gənclər Təşkilatının nümayəndələri arasında ikitərəfli görüş baş tutub. QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Təşkilatın bu günə qədər icra etdiyi layihələrdən, o cümlədən sözügedən layihələrdə BMT ilə əməkdaşlıqdan bəhs edib.

V.Andreyeva mənzil-qərargahın açılışı münasibətilə O.Qəhrəmanzadəni təbrik edərək Təşkilata vacib missiyasında uğurlar arzulayıb. QHGT-nin gənclərin beynəlxalq arenada fəallığının təmin olunmasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirən V.Andreyeva Təşkilatın gələcək fəaliyyətlərinə hərtərəfli dəstəyini ifadə edib. Tərəflər Qoşulmama Hərəkatı gənclərinin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində geniş iştirakının əhəmiyyətini vurğulayaraq bu sahədə BMT orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Görüşün sonunda O.Qəhrəmanzadə V.Andreyevaya QHGT adından xatirə hədiyyəsi təqdim edib.

Sonra xatirə fotosu çəkdirilib.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv