!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” davam edir - FOTO

!Reklam – Yazi

Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının təsis sənədi olan Şuşa Akkordunun bir ilinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi” davam edir.

Yenicag.az xəbər verir ki, layihənin ikinci günü Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun təqdimatında “Regional və beynəlxalq münasibətlərlə bağlı müzakirələr” mövzusunda sessiya ilə başlayıb. V.Hüseynov dəyişən qlobal siyasi mühitdə baş verən proseslərdən bəhs edərək Qoşulmama Hərəkatının bu proseslərdə oynadığı mühüm rolu vurğulayıb.

Sessiya sual-cavab formatında müzakirələrlə davam edib.

Sessiyadan sonra iştirakçılar komandalara bölünərək intellektual müsabiqədə iştirak ediblər. Qalib komandaya hədiyyələr təqdim olunub.

Günün ikinci yarısında Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev “Qlobal siyasətin formalaşmasında QH gənclərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Y.Rəfiyev cəmiyyətin dinamik təbəqəsi olan gənclərin qlobal çağırışlar dövründə beynəlxalq siyasi proseslərdə təşkilatlanmış halda iştirakının vacibliyini qeyd edərək bu xüsusda QHGT-nin əhəmiyyətini vurğulayıb.

Günün son sessiyasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vörkşop keçirilib. A.Əliyev qlobal miqyasda DİM-lərin icrasında gənclərin fəal iştirakının təşviqindən söhbət açıb. Qrup işi ilə davam edən sessiyada iştirakçılar dayanıqlı inkişaf mövzusu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Beş gün davam edəcək layihə çərçivəsində yerli və xarici gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Modeli Simulyasiyası, treninq və interaktiv müzakirə sessiyaları, panel görüşlər və təlimlər təşkil olunacaq. Həmçinin iştirakçılar üçün Şuşanın tarixi-memarlıq abidələri və füsunkar təbiəti ilə tanışlıq məqsədilə şəhər turu təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Zirvə görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci il oktyabrın 4-də virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci il iyulun 29-da “Şuşa Akkordu” ilə təşkilata çevrilib. Təşkilat hazırda Qoşulmama Hərəkatının üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoqa təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv