!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qranada formatı”na VERİLƏN DƏRS: “Regionda sülhün yaranmasını istəyən qüvvələr...”

!Reklam – Yazi

“Azərbaycanın öz maraqlarına uyğun gəlməyən bütün təşəbbüsləri rədd etməsi çox təbiidir”.

Bu fikirləri baş tutmayan “Qranada formatı”nda (Azərbaycan, Avropa İttifaqı, Almaniya, Fransa, Ermənistan) görüşün təşkilinə növbəti cəhd ehtimalını dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki qardaş ölkənin – Azərbaycanla Türkiyənin Qranada görüşündən imtina etməsi tamamilə haqlı addım idi:

“Prezident İlham Əliyev dəfələrlə: “Nəyi, nə zaman, necə etməyin lazım olduğunu yaxşı bilirəm”, – deyib. O baxımdan, oktyabrın əvvəlinə planlaşdırılan Qranada görüşündən imtina olunması çox doğru addım idi.

Ermənistanla Azərbaycan arasında sülh istəyən qüvvələr bu addımdan nəticə çıxarmalıdırlar. Çünki Azərbaycanın öz maraqlarına uyğun gəlməyən bütün təşəbbüsləri rədd etməsi çox təbiidir.

Görünür, o zaman proseslər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin gözləntilərinin əksinə yönəldi. Bu səbəbdən Avropa İttifaqının vasitəçiliyi ilə başqa görüşün keçirilməsi zəruridir. Onlar, yəqin ki, bu imkanı əldən qaçırmaq istəməzlər. Yeni – üçlü, beşli və digər formatlarda maraqlarımızın təmin olunması çərçivəsində görüşlərin keçirilməsi mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv