Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qualcomm” və “Intel”dən “Huawei”yə dəstək

Broadcom şirkətinin ABŞ sanksiyaları səbəbilə gəlir itkisi hesabatının fonunda ABŞ şirkətləri “Huawei” ilə əməkdaşlığa qoyulmuş qadağanın yumşaldılmasına nail olmağa çalışırlar.

Yenicag.az Technote-yə istinadən xəbər verir ki, sanksiyaların ləğv olunmasını “Qualcomm”, “Intel” və “Xilinx” kimi mikrosxem istehsalçıları istəyirlər. Məsələ burasındadır ki, “Huawei” şirkəti onların ən böyük müştərisi 0lub. Bu cür müştərinin itirilməsi səbəbilə isə şirkətlər böyük gəlir itkiləri yaşayacaqlar.

Məlumatda qeyd edilib ki, keçən il “Huawei” şirkəti mikrosxemlərə ümumilikdə 70 milyard dollar vəsait xərcləmişdi. O vəsaitdən 11 milyard dolları isə Intel, Qualcomm və Micron Technology şirkətlərinin paylarına düşmüşdü. Bəzi məlumatlara əsasən “Huawei” şirkətinə qarşı olan sanksiyaların ləğv olunması və ya yumşaldılması üçün Intel ilə Xilinx şirkətlərinin təmsilçiləri ABŞ-ın ticarət nazirliyinin təmsilçiləri ilə görüşlər keçirdiblər. Bunun üçün şirkətlər özlərinin təzyiq özəlliklərini istifadə edirlər. Yarıkeçiricilərin istehsalçıları assosiasiyası (The Semiconductor Industry Association) bildirib ki, onların texnologiyaları və onlardan istifadə milli təhlükəsizliyi heç bir təhlükə göstərmir. Ona görə də onlara qadağa tətbiq olunmamalıdır.

“Huawei” şirkəti isə öz növbəsində bəzi şirkətlər ilə ABŞ hökuməti arasındakı danışıqlarda iştirakını inkar edib. Şirkət bildirib ki, ABŞ şirkətləri bunu öz iradələri sayəsində edirlər. Çünki “Huawei” onların ən böyük müştərisidir. Keçən il “Huawei” 206 milyon smartfon satmışdı. Hələ bir neçə müddət bundan öncə şirkət 250 milyon satılmış smartfon göstəricisinə nail olmağı və beləliklə smartfon bazarının liderinə çevrilməyi planlaşdırırdı. Lakin ABŞ sanksiyaları səbəbilə bu planları təxirə salmaq lazım gəldi.

Beləliklə şirkət beynəlxalq bazarda satışların aşağı düşməsinə hazırlaşır. Analitiklərin fikrincə ABŞ sanksiyaları səbəbilə şirkətin smartfon istehsalının 40-60 milyon aşağı düşməsini gözləmək lazımdır. Lakin buna baxmayaraq Çində şirkət əksinə öz mövqelərini gücləndirir. Belə ki, TF International şirkətinin nüfuzlu analitiki olan Ming-Chi Kuo-nun sözlərinə əsasən şirkətin Çin bazarındakı payı 45%-ə kimi yüksələcək. Şirkətin bu bazarda əvvəlki pay göstəricisi isə 30-35% təşkil edirdi.

www.yenicag.az

844
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100