Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.
Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.