!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada hamilə qadın dəm qazından boğuldu

!Reklam – Yazi

Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv