Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qubada oğul atasını balta ilə öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI

Quba rayonunda qətl hadisəsi törədilib.

Yenicag.az xəbər verir ki, hadisə iyunun 9-da rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Qətlə hadisəsinin təfərrüatı məlum olub. Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Report/

www.yenicag.az

209
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100