!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada silah-sursat aşkarlandı

!Reklam – Yazi

Quba Rayon Polis Şöbəsinin növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə gedən polis əməkdaşları Quba-Qusar yolunun sol tərəfində yerləşən gölün kənarından ağ polietilen kisəyə bükülən 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv