!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada tarixi qalıntılar aşkarlandı - FOTO

!Reklam – Yazi

Quba rayonunun Digah kəndində yerləşən qəbiristanlıq ərazisində, dəfn məqsədilə qazıntı aparılan zaman, çaydaşlarından və bişmiş kərpicdən ibarət, eni 80 santimetr qalınlığında olan divar aşkarlanıb.

Bu barədə Yenicag.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan əlavə ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb. Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Sakinlərdən əldə olunan məlumata görə ərazidən daha öncə də sikkələr, kəmər, saxsı qablar və s. maddi mədəniyyət nümunələri aşkar olunub. Ərazinin kompleks tədqiq olunmasına ehtiyac var. Bununla bağlı tədbirlərin görülməsi planlaşdırılır.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv