!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qubalı pəhləvan üçün iki nazirə MÜRACİƏT: “İndi fəhləliklə çörək pulu qazanır” - VİDEO

!Reklam – Yazi

“Xarici ölkələrdən çox sayda təklif alsa da, dövlətinə və millətinə bağlılığına görə kənara getmədi”. 

Yenicag.az xəbər verir ki, əslən Quba rayonundan olan ictimai fəal Əlabbas Məhərrəmov Azərbaycanla yanaşı, ölkə xaricində də məşhurlaşan pəhləvan Laçın Abdulhüseynova dəstək olmaları üçün gənclər və idman naziri Fərid Qayıbov ilə mədəniyyət naziri Anar Kərimova müraciət ünvanlayıb.

Əlabbas Məhərrəmov nazirlərə müraciətində Laçının tanınmış pəhləvan ailəsindən olduğunu, indiyə kimi bir sıra xarici ölkələrdə Azərbaycanı uğurla təmsil etdiyini vurğulayıb. O, Laçının bəzi dövlətlərdəki çıxışı zamanı nümayiş etdirdiyi və publikanı şoka salan mürəkkəb tryukların əks olunduğu videokadrları da müraciətinə əlavə edib.

Məhərrəmov qeyd edib ki, Laçın hazırda Qubada yaşayır və rayon mərkəzində atası pəhləvan Əlinin adına təsis etdiyi şəraitsiz idman klubunda çalışır, gənclərə pəhləvanlığın sirlərini öyrədir. Lakin içində olduğu çətin maddi vəziyyət üzündən pəhləvan gündəlik müzdlu işlərdə çalışmaq məcburiyyətində qalıb.

Müraciət müəllifi qeyd olunan nazirlərdən pəhləvan Laçın Abdulhüseynovu qəbul etmələrini və ona fəaliyyət göstərmək üçün normal şərait yaradılmasında yardım göstərmələrini xahiş edib.

A.Zeynalov

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv