!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qüdsə gedən yol”u Bakıdan “keçirənlərə” TUTARLI CAVAB: “İran rejimində qıcıq yaradan bu təlimlər...” - REAKSİYA

!Reklam – Yazi

“Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Güney Azərbaycanda doğurduğu coşqu inanılmazdır”.

Bu fikirləri Azərbaycan və Türkiyə ordularının İranla sərhəd ərazilərdə keçirdiyi son təlimlərə yönəlik Tehran rejimi ilə şovinist çevrələrin reaksiyası haqda danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın fars şovinist dairələri sözügedən təlimlərlə bağlı qəzəbli təpkilərinə ara vermirlər:

“Əlbəttə, Azərbaycanla Türkiyənin sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi, bir müddət əvvəl İranın təşkil etdiyi təlimdə məşq olunan əməliyyatları daha yüksək səviyyədə yerinə yetirməsi Tehranda səssiz qarşılanmayıb.

Maraqlıdır ki, bu dəfə rəsmi şəxslər həmin təlimlər haqqında çox da danışmamağa üstünlük verirlər. Danışanlar isə dərinliyə getməməyə çalışalar da, təlimlərin onlarda qıcıq yaratdığı açıq görünür. Ancaq rəsmilərdən fərqli olaraq, bir çox media orqanları və fərdlər öz aqressiyalarını gizlətmir, Azərbaycana qarşı təhdidlərini davam etdirirlər.

Hətta onlardan biri daha irəli gedərək, İran-İraq müharibəsi zamanı populyar olan “Qüdsün yolu Krəbəladan keçir” şüarını indi “Qüdsün yolu Bakıdan keçir” etməklə, Azərbaycanın paytaxtını hədəf göstəriblər. Bütün bunlar gözlənilən reaksiyalar idi və bu boş bəyanatlara görə narahat olmağa dəyməz.

Bununla belə, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Güney Azərbaycanda doğurduğu coşqu inanılmazdır. İnsanlarda sevinc, ruh yüksəkliyi var. Onlar öz dövlətləri saydıqları Azərbaycanın hərbi qüdrətini bir daha gördülər, yanında Türkiyə kimi qardaş ölkənin olmasından qürur hissi keçirdilər. Bu ovqat hələ də qalmaqdadır”.

A.Zeynalov

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv