!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quduz it bir gündə 8 nəfəri dişlədi - Xudatda

!Reklam – Yazi

Xudat şəhəri və ətraf kəndlərdə sahibsiz it eyni gündə 8 nəfəri dişləyib.

Yenicag.az xəbər verir ki, eyni gündə Xudat şəhərində 1991-ci il təvəllüdlü Kənan İslam oğlu Hümmətovu, 1965- ci təvəllüdlü Cavid Məhəmməd oğlu Şıxverdiyevi, 2013-cü il təvəllüdlü Rəsul Renat oğlu Mikayılovu, 1968-ci il təvəllüdlü Rovşən Əmirbaba oğlu Heybətovu, 1962-ci il təvəllüdlü Rövşən Savat oğlu Əmişovu, 2013-cü il təvəllüdlü Aynur Bəhruz qızı Kərimovanı və 1992-ci il təvəllüdlü Ceyhun Yanvar oğlu Babayevi və 1971-ci il təvəllüdlü Ramik Əlihüseyn oğlu Nəsirovu it dişləyib.

Rayon sakinləri bildiriblər ki, Xudat küçələrində gəzən quduz olduğu ehtimal olunan, boğazında xaltası olan ağ rəngli Qafqaz çoban itinin hücumuna məruz qalıblar.

Yaralıların hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq yaraları tikilib.

Adiyyatı qurumlar insanlara xəsarət yetirən itin zərərsizləşdirməsi istiqamətində hələ müvafiq tədbirlər görməyiblər./Report/

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv