!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qudyalçaydan tapılan meyitin kimliyi məlum oldu

2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən, meyitin 2 il əvvəl itkin düşmüş Məhəmməd Əsədullayevə məxsus olması məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılıb. 2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən itkin düşmüş Məhəmməd Əsədullayevə məxsus olması məlum olub.

Hazırda Xaçmaz rayon prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib.

www.yenicag.az

95
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100