!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qumar əməliyyatında saxlanılan şəxsin dediyi söz hər kəsi GÜLDÜRDÜ – VİDEO/FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində maraqlı hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən qumar əməliyyatı keçirilib. Basqın zamanı bir neçə şəxs yaxalanıb. Polislər hadisə yerində təxminən 10 min lirə qədər pul tapıb.

İşin təəccüblü tərəfi isə tutulan vətəndaşlardan birinin polisə verdiyi cavab olub.

Belə ki, yaxalanan şəxs çox qəzəblənib və dindirilən zaman hər kəsi güldürməyi bacarıb. Sözügedən şəxs polisin “orada nə edirdiz?” sualına, “nikah mərasimi edirdik”, – deyə cavab verib. Bundan əlavə, digər bir şübhəli qismində saxlanılan şəxs də ifadəsi alınan zaman polisin “niyə qumar oynayırdınız?” sualına, “ürəyimiz sıxılırdı, darıxırdıq” cavabını verib.

Qeyd edək ki, əməliyyat zamanı tutulanların arasında təqaüddə olan hüquq-mühafizə əməkdaşları da var. Onların heç birinə həbs cəzası tətbiq edilməyib.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv