!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurban bayramında ətin qiyməti qalxacaq? - SORĞU

!Reklam – Yazi

Qurban bayramına 3 gün qalıb. Hər il bayram ərəfəsində ətin qiymətində müəyyən dəyişiklik müşahidə edilir. Bu, əsasən satıcıların süni şəkildə qiymət artırmaları ilə əlaqələndirilir.

Bəs bu il Qurban bayramı ərəfəsində qiymətlər artacaqmı?

Yenicag.az ət bazarında qiymətləri araşdırıb.

Araşdırmamıza əsasən, bayramqabağı Bakıda sümüklü mal əti 13,5 manata satılır.

Quzu ətinin qiyməti isə 16,5 manat təşkil edir.

Satıcılar bayram günlərində mal ətində 50 qəpik, quzu ətində isə 1 manat artımın olacağını bildirib. Alıcılar isə ətin qiymətində artımın çox da hiss olunmadığını, əvvəlki günlərlə, demək olar ki, eyni məbləğdə satıldığını deyiblər.

Sadiq Cavadov

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv