!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov 47 yaşında!

!Reklam – Yazi

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Yenicag.az  xəbər verir ki, təcrübəli mütəxəssisin 47 yaşı tamam olur.

Onu əminliklə Azərbaycan futbol tarixinin ən uğurlu məşqçisi saymaq olar. Hər halda, Qurbanovun avrokuboklardakı ardıcıl uğurları hələ ki, təkrarolunmazdı. Ağdam klubunun çalışdırıcısının futbolçu karyerası da özünəməxsus alınıb. O, peşəkar futbolda ilk addımını anadan olduğu Zaqatalada, “Daşqın” komandasında atıb. Ölkəmizdə həmçinin “Turan” Tovuz, “Kür-Nur” (Mingəçevir), “Neftçi” və “İnter”in formasını geyinmiş sabiq hücumçu Gürcüstanın “Alazani”, Rusiyanın isə “Dinamo” (Stavropol), “Fakel”, “Baltika” və “Volqar” klublarında legioner həyatı yaşayıb.

Futbolçu kimi dörd dəfə Azərbaycan çempionatının, bir dəfə kubokunun qalibi olub. 1992-2005-ci illər ərzində Azərbaycan millisinin heyətində 68 oyun keçirən Qurbanovun aktivində 14 qol var. O, bununla hələ də yığmanın bombardiridi. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il “İnter”in idman direktoru kimi fəaliyyət göstərib. 2006-2008-ci illərdə “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini icra edib. 2008-ci ildən bəri “Qarabağ”ın “sükanı arxası”nda olan Qurban Qurbanov 11 il ərzində Ağdam klubuna ardıcıl 5 çempionluq qazandırıb.

Komanda bu müddətdə 4 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Sonuncu uğur isə Azərbaycan futbol tarixində bir ilkdi. Təcrübəli mütəxəssis ötən il Azərbaycan millisini də çalışdırıb. Lakin Millətlər Liqasından sonra yığma ilə yollarını ayırıb. Qazandığı uğurlara baxmayaraq, öz üzərində dayanmadan işləməsi ilə diqqət çəkən Qurban Qurbanov müasir futbolun tələbləri ilə ayaqlaşır, daim yeniliklər axtarışında olur. Sadə və təvazökar insan kimi seçilən Qurbanov bu tempdə çalışdığı müddətdə hələ bundan sonra da “Qarabağ”la Avropa meydanlarında adından çox söz etdirəcək.

www.yenicag.az

3699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv