!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov "Beşiktaş"a mümkün keçidindən DANIŞDI

!Reklam – Yazi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanındaQəbələ” ilə 2:2 hesablı heç-heçə edib.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram.

– Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nələrdir?

– Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.

– “Beşiktaş” rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?

 

– Çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur.

– Heyəti qurmağa daha çox vaxt sərf edirsiniz, yoxsa yeni oyunçular axtarmağa?

– Vaxt eyni olaraq qalır. İş saatım eynidir. Amma bəzi detallar var ki, onlara daha çox vaxt ayırırığ. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun.

– Rəşad Sadıqov bildirib ki, gələcəkdə “Qarabağ”ın baş məşqçisi olmaq istəyir. Buna münasibətiniz necədir?

– Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram.(Sportal.az)

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv