!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov: "Futbolçularım həddindən artıq yorğun idi"

!Reklam – Yazi

“Komandamdan razı qaldım. Çox əziyyət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belədə səhvlər də çox olur”.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis rəqibin bu gün daha aktiv olduğunu bildirib: “Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar”.

Onun sözlərinə görə, Kadi Borgesin zədələnməsi planları pozub: “Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi”.

Qurbanov pley-offa çıxmaq şanslarını da dəyərləndirib: “Sonluq yaxınlaşdıqca, gərginlik artır. Rəqiblər öz işlərinə ciddi yanaşır. “Nant”ın şansı varsa, bizimlə oyuna cüddi hazırlaşacaqlar. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı hazırlaşmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər”.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv