!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanovdan prezidentin paylaşımına MÜNASİBƏT: "Qarabağ" Azərbaycandır"

!Reklam – Yazi

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin “köhlən atlar”ın Fransanın “Nant” komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib.

Təcrübəli baş məşqçi buna “Qarabağ” Azərbaycandır” deyə cavab verib.

Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” – “Nant” qarşılaşması ilə bağlı Tvitterdə paylaşım edib.
Paylaşımda deyilir:

Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0.

Darmadağın! Qarabağ Azərbaycandır!

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv