!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanovun “Qarabağ”a gətirmək istədiyi braziliyalı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Premyer Liqanı birinci yerdə başa vurmağa yaxın olan «Qarabağ» Çempionlar Liqasına hazırlıq görür.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanov qitənin ən mötəbər klub turnirinə yeni hücumçu ilə getmək istəyir.

Ağdam təmsilçisi bu yöndə fəaliyyətini gücləndirib. «Köhlən atlılar» İspaniyada çıxış edən forvarda rəsmi təklif göndərib.

Həmin ön xətt oyunçusunun adı açıqlanmır, sadəcə, redaksiyamıza verilən məlumata görə, o, Sequndada formasını geyinir.

Azərbaycan çempionatının son qalibi maraq dairəsinə düşən hücumçunun transferi üçün onun məxsus olduğu kluba öz şərtlərini irəli sürüb.

«Qarabağ» bu keçidin gerçəkləşməsi naminə 1 milyon avro təzminat ödəməyə hazırdır.

Əldə etdiyimiz son informasiyaya görə, Qurban Qurbanovun diqqətini özünə çəkən legioner braziliyalıdır.

23 yaşlı «sambaçı»nın hazırkı klubu ilə müqaviləsi 3 illikdir. «Qarabağ» onunla 4 illik kontrakt imzalamaq niyyətindədir.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv