!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurban Yetirmişlidən Azərbaycanda zəlzələ riski ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır:

“Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın seysmik zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş aparılacaq. Azərbaycan seysmogen bölgədir. Xəzər dənizi, Şamaxı, İsmayıllı, Lənkəran Astara, Gəncəbasar, Naxçıvan və digər bölgələrdə aktiv potensial zəlzələ ocaqları var. Ölkəmiz zəlzələ baxımından 8-9 ballıq ərazidə yerləşir. Buna görə də zəlzələlərin tədqiqatı və kadr hazırlığı sahəsində böyük irəliləyiş var”.//”Report”

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv