!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurbanov: "Onlardan qızıl medalı almaq asan deyil"

!Reklam – Yazi

Düşünürəm ki, daha böyük arenalara çıxmağın vaxtı çatıb.

Yenicag.az xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.

İdmançımız yarışın yüksək səviyyədə keçdiyini bildirib: “Ötən il bu yarışda 72 kq-da 1-ci yer tutmuşdum. Bu dəfə daha ağır çəkidə mübarizə apardım. Təbii ki, bu da çətinlik yaradır. Yenisinə uyğunlaşmaq üçün vaxt lazımdır. Çünki rəqiblər fərqlidir, onlar dəyişir. Belədə sən də dəyişməyə məcbursan. 82 kq-da oturuşmuş güləşçilər vardı. Gəlib onlardan qızıl medalı almaq asan deyil. Bütün hisslər müvəqqətidir, sevinc də həmçinin. Artıq növbəti yarışlara köklənmək lazımdır. Düşünürəm ki, daha böyük arenalara çıxmağın vaxtı çatıb. Məşqçilərə inanırıq, onlara təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Turac Hüseynli olmaqla. Finalda rəqibin kobudluğunu adi hal kimi qiymətləndirirəm. Ola bilsin, hisslərini cilovlaya bilməyib. İdmanda normal haldır. Hakimlər bunu gördü və anında reaksiya verdilər”.

Qeyd edək ki, Q.Qurbanov finalda İslam Əliyevə (AİN) qalib gəlib.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv