!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurbanovdan qələbə açıqlaması: "İkinci matçda daha yaxşı oynamağa çalışacağıq"

!Reklam – Yazi

“Futbolçularımı təbrik etmək istəyirəm. Gərgin oyun alındı. Sonda qalibiyyət bizim oldu. Çox ciddi rəqibə qarşı oynayırdıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “HİK Helsinki”ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Qurbanov Finlandiya çempionu üzərində vacib qələbə qazandıqlarını qeyd edib: “Hava həddindən artıq isti idi. Belə bir havada futbolçular sona kimi dözdülər. Dinamikanı çox qaldıra bimədik. Bizim üçün vacib qələbə idi. Azarkeşlərimizə təşəkkür edirəm. Sona kimi komandaya güvəndilər”.

Qurbanov rəqibin qapıya endirdiyi 7 zərbənin hamısının çərçivəyə getməsinə belə reaksiya verib:

“Düzünü desəm, qapıya gedən zərbələri saymadım. Əsas qol epizodlarımız idi. yüzdə yüz şanslarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımı başa düşürəm. İstər-istəməz gərginlik var idi. Həyəcan hiss olunurdu. İnşallah, futbolçular cavab oyununda daha yaxşı oyun göstərərlər və qol epizodlarından daha dəqiq istifadə edərlər”.

“Qarabağ”ın baş məşqçisi cavab oyunu öncəsi üstünlük qazandıqlarını qeyd edib:

“Qələbə qazanmaq üstünlükdür. Qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra yenidən fərqlənmək çox vacib idi. Hesabda öndə olarkən də bir neçə şansımız var idi, lakin istifadə edə bilmədik və rəqib fərqləndi. Bugünkü qələbə sayəsində cavab matçı öncəsi üstünlük əldə etdik. Dediyim kimi, ikinci matçda daha yaxşı oynamağa çalışacağıq”.

Qurban Qurbanov sonda bu gün UEFA Konfrans Liqasının üçüncü mərhələsinin ilk oyununda “Partizan”ı məğlub edən “Sabah”a təbriklərini çatdırıb: “2:0 hesablı qələbə qazandılar. Yaxşı qalibiyyət əldə etdilər və ölkəmizin reytinq xallarını yaxşılaşdıracaqlar. Bu münasibətlə onları təbrik edirəm. Cavab oyununda da uğurlar arzulayıram”.

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv