!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quru sərhədlərinin açılması və TƏXRİBAT RİSKİ: “Casus şəbəkəsinin aşkarlanması da göstərdi ki...”

!Reklam – Yazi

“Sərhədlərdəki vəziyyət diqqətlə araşdırıldıqdan sonra hökümət öz qərarını verə bilər”.

Bu fikirləri Azərbaycannın quru sərhədlərinin prezident seçkilərindən sonra açılması ehtimalı barədə danışan Milli Məclisin deputatı Tahir Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, növbədənkənar prezident seçkilərindən sonra bir sıra vacib məsələlərin həll edilməsi mümkün olacaq:

“7 fevral prezident seçkiləri ölkə həyatında mühüm tarixi hadisədir. Yeni dövr, yeni reallıqlar mütləq islahatların həyata keçirillməsini və problemlərin aradan qaldırılmasını tələb edir. Sözsüz ki, seçkidən sonra da bir çox vacib məsələlərin həll edilməsi mümkün olacaq.

Bu gün quru sərhədlərinin açılması ilə əlaqədar müxtəlif fikirlər var. Ancaq dövlət təhlükəsizliyinin təmin olunması hər şeydən vacibdir. Dünyanın bir çox ölkələrində müharibələr gedir, immiqrant axını güclənib. Bununla yanaşı, cssus şəbəkələrinin də sayı artır. Nəzərə alaq ki, Azərbaycana gələnlərin heç də hamısı ölkəmizə xoş məramla daxil olmur.

Casus şəbəkəsinin aşkar olunması da göstərdi ki, Fransa və Almaniya kimi antiAzərbaycan təbliğatı aparan dövlətlər ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Həmin dövlətlər vətəndaşların dinc yaşamasını, ölkənin uğurlarını qəbul etmək istəmirlər və hər cür təxribat həyata keçirməyə hazırdılar.

Buna görə də quru sərhədlərin hələ də açılmaması dövlət siyasətinin bir hissəsidir və bizim sərhədlərimizin təhlükəsizliyi təmin olunmalıdır. Düşünürəm ki, bu məqsədlə sərhədlərdəki vəziyyət diqqətlə araşdırıldıqdan sonra hökümət öz qərarını verə bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv