!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Deputat açıqladı

!Reklam – Yazi

Prezident seçkilərindən sonra ölkədə islahatların keçiriləcəyilə bağlı xəbərlər yenidən gündəmdədir. 

Qeyd edək ki, sonuncu seçkilərdə prezdentliyə namizəd olan millət vəkili Zahid Oruc da oxşar bəyanatla çıxış etmişdi. Siyasətçi bir müddət əvvəl bəyan etmişdi ki, seçkilərin nəticəsindən asılı olmayaraq, islahatlarla bağlı hökumətə təkliflər verəcək. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Zahid Oruc bir çox məsələlərlə bağlı təklifləri istər hakimiyyət orqanlarına, istərsə də yeni təsdiqlənən hökumətə təqdim edəcəklərini bildirib:

“Mən sizə bundan öncəki açıqlamalarımda da xüsusi vurğulamışdım ki, ideyalarımızın qalib gəlməsi, bizim apardığımız şəxsi mübarizədən daha önəmlidir. Bizim həm parlament təcrübəmiz, həm də bir tədqiqat mərkəzinin rəhbəri kimi bu müddət ərzində apardığımız araşdırmalar problemlərimizin əsas xəritəsini müəyyənləşdirməyə imkan verdi. Buna görə də biz ideyalarımızın həyata keçiləcəyi bir hökumətin təşkil olunması istiqamətində fəaliyyətimizi qurmağa çalışırıq. Müxtəlif sahələrdə köklü dəyişikliklərə ehtiyac var. Bizim təkliflər platformamızda siyasət, emal sənayesi və digər məsələlərə geniş yer verilib. Bütün bunların hamısını həm yüksək hakimiyyət orqanlarına, həm də yeni təsdiqlənən hökumətə təqdim edəcəyik. Eyni zamanda qarşıdakı dövrdə parlament tribunasından səsləndirməyə çalışacağıq. Əslində, biz elə məsələləri irəli sürməmişik ki, onların müəllifiliyinə iddia edək. Biz sadəcə xalqdan gələn istəkləri ifadə edirik. Həqiqətən insanlarımızın bu istiqamətdə gözləntiləri var. Məgər işsizlik bir problem deyil? Sərhədlərin açılmasını hamımız istəyirik. O cümlədən, idarəetmə islahatları və vətəndaşlarla dialoqlar müstəvisində vacib məsələlər var. Məsələ əgər siyasiləşməsə, bütövlükdə hakimiyyətin yeni gündəliyini təşkil edə bilər. Prezident seçkilərində iştirak etmiş biri kimi, bizim məqsədimiz, məramımız təklif edəcəyimiz proqramların müxtəlif müdəalarının dövlət, millət üçün yararlı olan hissələrinin həyata keçməsidir”.

Zahid Oruc gözlənilən köklü islahatların yarada biləcəyi risklərlə bağlı fikirlərini belə əsaslandırıb:

“Dünyada islahatlar həmişə asan getmir. Ona görə ki, müxtəlif qüvvələrin, sosial qrupların və dairələrin maraqlarını təhdid edir. Buna görə də yeniliklər hər zaman səs-küylə qarşılanır. Çünki hansısa ənənəvi strukturların, şəbəkələrin mənafelərinə ziyan vurur. Xatırlayırsınızsa, Mixail Saakaşvili də Gürcüstanda öz reformları ilə sovetdənqalma fasadları dağıdan yeni bir kurs ortaya qoymuşdu. Bunun hesabına çox sayıda ənənəvi qanunsuzluq xəttləri, mexanizmləri dağıldı. Həmin qüvvələr bunu Saakaşviliyə bağışlamadılar. Bu səbəbdən islahatlar hər zaman özünəməxsus təhlükələri daşıyır. Ancaq bu həm də qaçılmazdır”.

 

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv