!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurumlarda baş verən İNTİHARLAR: "İnsan ölümünə bu qədər biganə yanaşmaq..." - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında 32 yaşlı Turalə Aslanova Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edib. Bundan əlavə, 24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə də bir neçə gün öncə intihara cəhd edib. Maraqlısı budur ki, bu hadisə nə ölkəmizdə, nə də dünyada ilkdir. Neçə dəfə başqa ölkələrdə də rəsmi qurumların əməkdaşları başlarına gələn bir hadisədən, ortaya çıxan bir əməldən sonra intihara əl atıblar.

Bu tip intiharların qarşısı necə alına bilər? Onlar necə intihar həddinə çatdırılır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, baş verən hadisələr kifayət qədər aktualdır:

“Necə edək ki, bu hadisələr təkrarlanmasın? Belə hallar bir çox ölkələrdə var. Azərbaycan digər Avropa ölkələri ilə müqayisədə, intiharların geniş yayıldığı bir ölkə deyil.

İnsanları intihar həddinə çatdıran səbəbləri araşdırmaq bizdə o qədər də əlçatan deyil. Yəni araşdırılmır ki, bu ailənin, kollektivin üzvü niyə intihar etdi?

Əgər bir kollektivin məmuru özünü hündür mərtəbədən atırsa, deməli, onun vəzifə funksiyalarını yerinə yetirməsində bir anlaşılmazlıq var. Ya ona icazə vermirlər ki, vəzifəsini yerinə yetirsin, ya da iş imkanlarını azaldırlar. Mən bir vətəndaş kimi görürəm ki, həmişə vəzifəyə gələn yeni məmurlar tabeliyində olanları birmənalı şəkildə dəyişmək imkanı əldə edirlər. Amma qanun bunu qadağa edib.

Məmur öz işindən niyə kənarlaşdırılıb? Hansı səbəblərlə?

İntihar edən şəxslər öz davranışlarını qəlibə sala bilməyənlərdir. Şüurlarında çatışmazlıq var. İntiharların əksəriyyəti haqqında heç cinayət işi qaldırılmır. Qaldırılıbsa, deməli, ciddi şəkildə müzakirə olunmalıdır.

Əgər bir prokurorluqda belə bir insident baş veribsə, bu, cəmiyyət üçün yanmış fənər kimi göz vuran işıqdır. Ona görə də belə qurumlarda ciddi islahatlara imkan vermək lazımdır. Hakim və müstəntiqin təqdimatı kollektiv arasında müzakirə olunmalıdır.

Kollektiv nə qədər sağlam olsa, dövlətin təməli də o qədər möhkəm olar. 44 gün ərzində də bunu gördük. Əgər kollektivdə birlik olmasa, orda intihar da ola bilər, insan həyatına qəsd də.

İnsan həyatına bu qədər biganə yanaşmaq olmaz. Fərqi yoxdur, hansı qurumdur. Qarşısı alınmasa, gələcəkdə belə hallar yenə baş verə bilər. Burada təkcə hüquq-mühafizə orqanları iş görməməlidir.

İntiharlarla məşğul olan qurum yaradılmalıdır. Ümumiyyətlə, bir proqram olmalıdır. Orada bütün orqanlar üçün nə etməli olduqları yazılmalıdır. Məsələn, Ədliyyə Naziri, Səhiyyə Naziri və s. nə etməlidir? Ailə, Qadın və Uşaq Komitəsi də ciddi işlər görməlidir. Görülən işlər barədə Nazirlər Kabinetinə də hesabat verilməlidir”.

Şahanə Paşa

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv